SON XƏBƏRLƏR

Prezident İlham Əliyev Nikol Paşinyanla görüşüb

2025.09.01, 13:02
Prezident İlham Əliyev Nikol Paşinyanla görüşüb

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşüb.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, Azərbaycan-Ermənistan sülh gündəliyini müzakirə edərək, konstruktiv dialoqun, qarşılıqlı etimadın və regional sabitliyin əhəmiyyətini vurğulayıblar.

Hər iki lider sülhün və normallaşma prosesinin irəlilədilməsinə dair beynəlxalq dəstəyi bir daha təsdiqləyən son Vaşinqton Sammiti zamanı əldə edilən müsbət dinamikanı qeyd ediblər.

Tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar