SON XƏBƏRLƏR

Ermənistan MN: Hərbi büdcəmiz heç vaxt Azərbaycanın hərbi büdcəsinin səviyyəsinə çatmayacaq

2025.09.05, 13:19
Ermənistan MN: Hərbi büdcəmiz heç vaxt Azərbaycanın hərbi büdcəsinin səviyyəsinə çatmayacaq

Ermənistanda müdafiə xərcləri heç vaxt Azərbaycanın hərbi büdcəsinin həcminə çatmayacaq.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu ölkənin müdafiə nazirinin müavini Qraçya Sarqsyan bildirib.

O, həmçinin qeyd edib ki, 2026-cı il dövlət büdcəsində Ermənistan Müdafiə Nazirliyinə ayrılan məbləğin azaldılıb-azaldılmayacağı hələ məlum deyil.

"Əmin edirəm ki, Müdafiə Nazirliyi 2026-cı ildə də 2024 və 2025-ci illərdəki eyni məntiqlə işləyəcək", - nazir müavini əlavə edib.

Qeyd edək ki, Ermənistanın 2025-ci il üçün hərbi büdcəsi 1,7 milyard dollar, Azərbaycanın builki dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri isə təxminən 5 milyard dollar təşkil edir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar