SON XƏBƏRLƏR

Bəluc fəalı Fərhad Kəbdani Yəzd həbsxanasında ölüb

2025.09.06, 11:08
Bəluc fəalı Fərhad Kəbdani Yəzd həbsxanasında ölüb

Bəluc vətəndaş fəalı Fərhad Kəbdani Yəzd həbsxanasında həbs olunduqdan bir həftə sonra heç bir ciddi xəstəliyi olmamasına baxmayaraq ölüb.

Gunaz.tv

Bu barədə Bəluc Fəalları Kampaniyası məlumat yayıb.

"22 yaşlı Fərhad Kəbdani Yəzd həbsxanasında, həbs olunduqdan bir həftə sonra, ürəyi problemi yaşayıb və xəstəxanada dünyasını dəyişib. Onun heç bir ciddi xəstəliyi olmadığı bildirilir və ailəsi həbsxana rəhbərliyinin məsələ ilə bağlı məsuliyyət daşımaqdan boyun qaçırdığını bildirir." - deyə məlumatda qeyd edilib.

Fərhad Kəbdani nin qohumlarından birinin dediyinə görə, o, təxminən bir həftə əvvəl dostunun motosikletini sürərkən hərbi qüvvələr onu motosikleti oğurlamaqda ittiham edərək həbs ediblər.

Xatırladaq ki, əsasən sünni olan və İranın cənub-şərqində yerləşən Bəlucistanda yaşayan bəluclar dini və dil fərqlərinə görə İranın şiə və fars yönümlü rejimi tərəfindən ciddi ayrı-seçkiliyə və təzyiqlərə məruz qalırlar.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar