SON XƏBƏRLƏR

Urmu Gölü Bərpa Komitəsinin etirazına baxmayaraq Mahabad (Soyuqbulaq) Şəkər Zavoduna 400 min kubmetr su ayrılıb

2025.09.08, 12:58
Urmu Gölü Bərpa Komitəsinin etirazına baxmayaraq Mahabad (Soyuqbulaq) Şəkər Zavoduna 400 min kubmetr su ayrılıb

Mütəxəssislər dəfələrlə Urmu gölü hövzəsindən su ehtiyatlarının uzaqlaşdırılmasının bu gölün ölümünü sürətləndirəcəyi barədə xəbərdarlıq etsələr də, Qərbi Azərbaycan Regional Su İdarəsi Mahabad (Soyuqbulaq) Şəkər Zavoduna hər il 400 min kubmetr su ayırmaq üçün icazə verib.

Gunaz.tv

Bölgədə bol sus tutumlu əkin olan şəkər çuğundurunun əkilməsi ilə yanaşı gölün su hövzəsində əlavə su ehtiyatları da Şəkər Zavodunun istifadəsi üçün ayrılacaq.

Mütəxəssislərin fikrincə bu durum gölün bərpasına ümidləri bir qədər də azaldır.

Xatırladaq ki, Həsən Ruhani dönəmində Qərbi Azərbaycanın yerli olmayan valisi Məhəmməd Mehdi Şəhriari Urmu Gölünün Bərpası Qərargahının qaydalarına məhəl qoymadan şəkər zavodunun Məşhəddən Mahabada köçürülməsinə qərar verdi. Bu proses İbrahim Rəisi hökumətində də davam etdi və digər yerli olmayan qubernator Məhəmməd Sadiq Mötəmediyanın (Kirmanşahdan kürdlərindən) köməyi ilə sözügedən zavod Soyuqbulaq bölgəsinə köçürüldü.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar