SON XƏBƏRLƏR

Sergey Lavrov Rusiyanın Cənubi Qafqazdakı öncəliyini açıqlayıb

2025.09.08, 14:31
Sergey Lavrov Rusiyanın Cənubi Qafqazdakı öncəliyini açıqlayıb

Rusiyanın Cənubi Qafqazdakı fəaliyyətinin əsas öncəliyi sülh və əməkdaşlıqdır, bunlar heç vaxt dəyişməyib.

Gunaz.tv

Günaz TV "Report2a istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbələri və professor-müəllim heyəti qarşısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Rusiya Cənubi Qafqaz ölkələri və onların üç qonşusu arasında "3+3" formatında əməkdaşlığın tezliklə bərpa olunacağına ümid edir:

"Çox ümid edirik ki, vaxtilə Türkiyə və Azərbaycanın irəli sürdüyü təşəbbüs, yəni "3+3" platformasının yaradılması təşəbbüsü çərçivəsində iş bərpa olunacaq. Cənubi Qafqazın üç ölkəsi – Ermənistan, Azərbaycan, Gürcüstan və onların üç böyük qonşusu – İran, Türkiyə, Rusiya... Hesab edirik ki, bu formatı bərpa etməyin vaxtıdır".

S.Lavrov həmçinin tezliklə görüşün keçiriləcəyinə ümidvar olduğunu deyib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar