SON XƏBƏRLƏR

Rusiya XİN: Ermənistan və Azərbaycan arasında davamlı barışığın tərəfdarıyıq

2025.09.12, 15:06
Rusiya XİN: Ermənistan və Azərbaycan arasında davamlı barışığın tərəfdarıyıq

Rusiya ardıcıl olaraq Ermənistan və Azərbaycan arasında davamlı barışığın tərəfdarıdır.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının normallaşmaya töhfəsini qiymətləndirmək çətindir və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının hazırkı mərhələsi Rusiyanın və şəxsən prezident Vladimir Putinin fəal köməyi ilə başlayıb.

Zaxarova xatırladıb ki, 2020-2022-ci illərdə Moskvanın birbaşa iştirakı ilə ən yüksək səviyyədə üçtərəfli razılaşmalar əldə etmək mümkün olub:"Onlar sözün əsl mənasında “yerdə” axan qanı dayandırdılar və sülh prosesinin əsas istiqamətlərini müəyyənləşdirdilər".

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar