SON XƏBƏRLƏR

Amerika G7 ölkələrini Rusiyanın neft alıcılarına rüsumlar tətbiq etməyə çağırıb

2025.09.13, 09:57
Amerika G7 ölkələrini Rusiyanın neft alıcılarına rüsumlar tətbiq etməyə çağırıb

Amerika administrasiyası digər G7 ölkələrinin nümayəndələrinə Rusiya neftini alan dövlətlərə tariflər tətbiq etməli olduqlarını bildirib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Amerika Maliyyə Nazirliyi və Amerikanın ticarət danışıqlarındakı nümayəndəsinin ofisinin dərc etdiyi birgə məlumatda deyilir.

Vurğulanıb ki, G7 dövlətlərinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Amerika, Fransa və Yaponiya) nümayəndələri ilə əvvəlki məsləhətləşmələrdə Amerika maliyyə naziri Skott Bessent Amerika prezidenti Donald Trampın çağırışını təkrarlayıb.

Nazir bildirib ki, əgər G7 ölkələri həqiqətən də Rusiya-Ukrayna müharibəsinə son qoymağa sadiqdirlərsə, Rusiyadan neft alan ölkələrə rüsum tətbiq etməkdə Amerikaya qoşulmalıdırlar.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar