Forum çərçivəsində çıxış edən K.Quluzadə turizmin ölkə iqtisadiyyatının ən dinamik sahələrindən biri kimi inkişaf etdiyini, eyni zamanda davamlı və inklüziv turizmin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O, Azərbaycanın həyata keçirdiyi təşəbbüslər barədə iştirakçılara məlumat verib, yeni turistik marşrutlarının yaradılması, ekoturizm layihələrinin reallaşdırılması, eləcə də plastik tullantıların azaldılması üzrə proqramların icrasını diqqətə çatdırıb.
K.Quluzadə, həmçinin Azərbaycanın COP29-a ev sahibliyi etdiyini xatırladaraq, qəbul olunmuş "Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi"nin qlobal miqyasda əhəmiyyətini vurğulayıb və türk dövlətlərini davamlı turizm sahəsində sıx əməkdaşlığa dəvət edib.
Tədbirin ikinci günündə iştirakçılar üçün "Türk Dövlətləri Təşkilatı məkanında macəra turizminin inkişafı" mövzusunda seminar təşkil olunub.
C