SON XƏBƏRLƏR

Çempionlar Liqası: "Qarabağ" Portuqaliyada tarixi qələbə qazanıb

2025.09.17, 11:12
Çempionlar Liqası: "Qarabağ" Portuqaliyada tarixi qələbə qazanıb

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə "Benfika" (Portuqaliya) ilə qarşılaşıb.

Gunaz.tv

"Eştadiu da Luş" stadionunda ba. tutan oyun "köhlən atlar"ın 3:2 hesablı tarixi qələbəsi ilə yekunlaşıb.

Hərçənd ki, qarşılaşmada ilk iki qolu meydan sahibləri vurublar. 6-cı dəqiqədə Entso Barrenеçеа, 10 dəqiqə sonra isə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb.

Bundan sonra özündə güc tapan Azərbaycan çempionu matçda geridönüş edə bilib. İlk yarım saatın tamamında Leandro Andrade hesab arasındakı fərqi minimuma endiribsə, 48-ci dəqiqədə Kamilo Duran tablodakı rəqəmləri eyniləşdirib. "Qarabağ"ın qələbə qoluna isə Aleksey Kaşuk imza atıb. O, 86-cı dəqiqədə fərqlənib.

Bununla da ağdamlılar Çempionlar Liqasının Liqa mərhələsi tarixində ilk qələbəsini qazanıb.

Qeyd edək ki, "Benfika" "Qarabağ"a məğlubiyyətdən sonra baş məşqçisi ilə yollarını ayırıb. 

Bu barədə Lissabon təmsilçisinin prezidenti Ruy Koşta açıqlama verib. O, bunun üçün təəssüfləndiyini bildirib. 

Funksioner həftəsonunadək yeni baş məşqçinin təyin ediləcəyini sözlərinə əlavə edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar