Belə ki, Təbrizdə Şah İsmayıl Səfəvi haqqında tamaşanın təqdimat mərasimində tarix professoru kimi təqdim edilən Cavad Əbdülhəsəni adlı şəxs bölücü fikirlər səsləndirib.
Bu şəxs tarixi hadisələri dövrün əsl kontekstində deyil, ideoloji qiraət və İran-fars millətçiliyi ilə təhrif və əlavə etməklə nəql etmiş, Şah İsmayılın tarixi şəxsiyyətindən bəhanə kimi istifadə edərək, Azərbaycan türkləri ilə Türkiyə türkləri arasında nifaq salmağa, onun indiki İran hökuməti ilə uzlaşan baxışlarına uyğun olaraq onu yenidən müəyyən etməyə çalışmışdır.
Çağdaş tarixdə Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq və həmrəylik tarixi parçalayıcı planlara yer qoymayan qürurlu bir nümunədir.
Bununla yanaşı İran rejiminin bölücü təbliğata böyük vəsaitlər xərcləməsinə baxmayaraq, Güney Azərbaycan türkləri arasında kimlikçilik və milli kimlik dəyərlərinin qorunub saxlanması ideyası günü-gündən yayılmaqdadır.
C