SON XƏBƏRLƏR

Bakıda TDT ölkələrinin beyin mərkəzlərinin konfransı keçirilib

2025.09.29, 14:03
Bakıda TDT ölkələrinin beyin mərkəzlərinin konfransı keçirilib

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilib.

Gunaz.tv

"Qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı regional aktor kimi" mövzusuna həsr olunmuş konfransda iştirakçı ölkələrin nümayəndələri çağdaş beynəlxalq münasibətlər sistemində Türk Dövlətləri Təşkilatının rolu, qarşılaşdığı strateji çağırışlar və üzv dövlətlər üçün ortaya çıxan yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Konfrans çərçivəsində ümumilikdə üç panel müzakirəsi və əlavə sual-cavab sessiyasi baş tutub.

Çıxışçılar "Siyasi-təhlükəsizlik qeyri-müəyyənliyi dövründə TDT-nin qlobal sülh və sabitliyə töhfələri", "İqtisadi qeyri-sabitlik dövründə TDT-nin dünya iqtisadiyyatı, ticarət və nəqliyyata verdiyi töhfələr", həmçinin "Qlobal qeyri-müəyyənlik dövründə mədəniyyət, elm və parlamentarizm sahəsində TDT siyasəti" adlı panellərdə mövzular ətrafında geniş fikir mübadiləsi aparıblar.

Müzakirələrdə TDT-nin fəaliyyət istiqamətinin genişləndirilməsi, qarşılıqlı əlaqələrin gücləndirilməsi kimi tezislər əsas motiv olub.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar