SON XƏBƏRLƏR

Spiker: Prezident BMT Baş Assambleyasında Azərbaycanın artıq qalib ölkə statusunda olduğunu bəyan etdi

2025.09.30, 11:21
Spiker: Prezident BMT Baş Assambleyasında Azərbaycanın artıq qalib ölkə statusunda olduğunu bəyan etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident BMT Baş Assambleyasında çıxışında Azərbaycanın artıq qalib ölkə statusunda olduğunu bəyan etdi.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

“Dövlət başçısı bəyan etdi ki, Azərbaycan onilliklər ərzində işğala məruz qalan ölkə statusundan qalib və lider ölkə statusuna keçib. Sülh sazişinin paraflanması və əldə edilmiş digər razılaşmalar dövlətimizin öz milli maraqlarını həm güc yolu ilə müdafiə etmək, həm də hüquqi və siyasi alətlərin köməyi ilə təsbit etmək qabiliyyətini nümayiş etdirib. Sülh sazişi həm də onu göstərib ki, dayanıqlıq yalnız beynəlxalq hüquq normaları əsasında mümkündür. Prezidentin çıxışında azad edilmiş ərazilərin minalardan təmizlənməsinə, bərpasına, keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılmasına, infrastrukturuna inkişafına böyük diqqət yetirildi”, - deyə spiker qeyd edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar