SON XƏBƏRLƏR

Özbəkistan XİN: Daşkənd və Bakı strateji tərəfdaşlığı möhkəmləndirir

2025.09.30, 11:24
Özbəkistan XİN: Daşkənd və Bakı strateji tərəfdaşlığı möhkəmləndirir

Azərbaycan və Özbəkistan strateji tərəfdaşlığın inkişafında misli görünməmiş sürət nümayiş etdirir.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ahror Burhanov sosial şəbəkələrdə yazıb.

"Azərbaycan XİN-in mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ilə görüşməkdən məmnunam. Azərbaycan Xarici İşlər Nazirliyində qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm", - o yazıb.

A.Burhanov vurğulayıb ki, Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafında misli görünməmiş temp nümayiş etdirir: "Bu prosesin bir hissəsi olmağımızla qürur duyuruq və əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün bütün səylərimizi davam etdirəcəyik".

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar