SON XƏBƏRLƏR

İranda daha bir məhbus tibbi xidmət göstərilmədiyinə görə həlak oldu

2025.09.30, 14:03
İranda daha bir məhbus tibbi xidmət göstərilmədiyinə görə həlak oldu

İranın Sistan və Bəlucistan əyalətinin Zabol şəhərinin həbsxanasında saxlanılan Arman Dehmərde adlı məhbus həyatını itirib.

Gunaz.tv

Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, beyin şişindən əziyyət çəkən 20 yaşlı məhbus, tibbi xidmət göstərilmədiyinə həyatını itirib.

Onun müalicə ilə bağlı həbsxana rəhbərliyinə müraciətlərinin cavabsız qaldığı bildirilib.

"Dehmərdenin ölümü bilavasitə tibbi xidmətin olmaması və tibb mərkəzlərinə göndərilmənin gecikməsi nəticəsində baş verib",- məlumatda deyilir.

Məhbusun yaxınları və kamera yoldaşları, ona tibbi xidmət göstərilmədiyi üçün məhbusun ölümünü həbsxana rəhbərliyi və İran məhkəmə sisteminin qətli adlandırıblar.

Qeyd edək ki, insan haqalrı təşkilatlarının hesabatına görə, ötən il İran həbsxanalarında ən azı 32 məhbus həlak olub.

Onlardan 5-i xəstəlikdən, 20-i intihar səbəbindən həyatını itirib, 7 məhbus isə müalicəsinə imkan verilmədiyi üçün ölüb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar