SON XƏBƏRLƏR

"Qarabağ" komandası UEFA Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

2025.10.01, 22:38
"Qarabağ" komandası UEFA Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

"Qarabağ" komandası UEFA Çempionlar Liqasında ardıcıl ikinci qələbəsini qazanıb.

Gunaz.tv

Bu gün, oktyabrın 1-i 2025-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutan qarşılaşmada Azərbaycanın "Qarabağ" komandası Danimarkanın "Kopenhagen" komandasını 2-0 hesabı ilə məğlub edib.

Bu qələbədən sonra "Qarabağ" xallarının sayını 6-a çatdırıb.

Hazırda "Qarabağ" turnirdə ardıcıl iki oyunda qalib gəlməyi bacaran altı komandadan biridir.

Nəticədə "Qarabağ" turnir cədvəlində "Bayern Münhen", "İnter Milan", "Real Madrid", "Arsenal", "Paris Sen-Jermen" kimi Avropa nəhəngi komandalarla 1-ci və 6-cı yerləri bölüşür.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar