SON XƏBƏRLƏR

Azərbaycan Prezidenti I Türkoloji Qurultayın 100 illiyinin keçirilməsini təklif edib

2025.10.07, 14:33
Azərbaycan Prezidenti I Türkoloji Qurultayın 100 illiyinin keçirilməsini təklif edib

Gələn il I Türkoloji Qurultayın 100 illiyinin TDT çərçivəsində təntənəli keçirilməsini təklif edirəm.

Gunaz.tv

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

Prezident İlham Əliyev bildirib ki, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir.

1926-cı ildə Bakıda təşkil edilmiş birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayan dövlət başçısı gələn il birinci Qurultayın keçirilməsinin 100 illik yubileyinin TDT çərçivəsində təntənəli şəkildə təşkil olunmasını təklif edib.

Dövlət başçısı çıxışının sonunda Qarabağ və Şərqi Zəngəzurun bərpasına dəstək olan qardaş ölkələrə təşəkkür edib.

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar