SON XƏBƏRLƏR

Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək

2025.10.10, 11:19
Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri keçiriləcək

Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri oktyabrın 13-15-də keçiriləcək.

Gunaz.tv

Bildirilib ki, oktyabrın 13-də başlayacaq tədbir münasibətlə Türkmənistanın mədəniyyət xadimləri və incəsənət ustalarından ibarət geniş nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Türkmənistan Mədəniyyəti Günləri çərçivəsində bu ölkənin musiqisi, dekorativ-tətbiqi sənəti, muzey eksponatları və mətbəx nümunələrinin geniş təqdimatı olacaq.

Bundan əlavə, Azərbaycan Milli Kitabxanasında "Türkmənistan ədəbiyyatı guşəsi"nin də açılışı nəzərdə tutulur.

Türkmənistan Mədəniyyəti Günləri iki ölkə xalqlarının daha da yaxınlaşmasına və mədəni əlaqələrin inkişafına mühüm töhfə olacaq.

Tədbirə oktyabrın 15-də Gəncə Dövlət Filarmoniyasında mədəniyyət-incəsənət ustalarının konsert proqramı ilə yekun vurulacaq.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar