SON XƏBƏRLƏR

Azərbaycan XİN Qəzza ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayır

2025.10.10, 21:31
Azərbaycan XİN Qəzza ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayır

Azərbaycan Xarici İşlər Nazirliyi Qəzza ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayır.

Gunaz.tv

Bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

“Qəzzada atəşkəs bərqərar edəcək, girov və məhbusların azad edilməsinə, Qəzzaya maneəsiz humanitar yardım və onun yenidən qurulmasına yol açacaq Qəzza ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayırıq.

Ümid edirik ki, sazişin bütün mərhələləri layiqincə yerinə yetiriləcək və regionda ədalətli və davamlı sülh üçün səylər gücləndiriləcək.

Biz bu nəticəyə doğru gedən yolda ABŞ, Türkiyə, Qətər və Misirin vasitəçiliyini təqdir edirik”.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar