SON XƏBƏRLƏR

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının protokolu imzalanıb

2025.10.14, 13:38
Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının protokolu imzalanıb

Azərbaycan və Qazaxıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 21-ci iclasının protokolu imzalanıb.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, komissiyanın həmsədri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov, Qazaxıstan tərəfdən isə nəqliyyat naziri Nurlan Sauranbayevdir.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-avqust aylarında iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 547,6 milyon Amerika dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə çoxdur.

Qazaxıstandan Azərbaycana əsas ixrac malları - buğda (121,5 milyon Amerika dolları dəyərində), neft və neft məhsulları (38,2 milyon Amerika dolları dəyərində) olub.

Hazırda Qazaxıstanda Azərbaycan kapitalı ilə təxminən 1500 şirkət, Azərbaycanda isə Qazaxıstan kapitalı ilə təxminən 150 şirkət qeydiyyatdadır.

Qazaxıstan Milli Bankının məlumatına görə, 2005-2024-cü illər ərzində Azərbaycandan cəlb edilən investisiyaların məbləği 420,8 milyon Amerika dolları olub. Azərbaycan iqtisadiyyatına cəlb edilən investisiyaların məbləği isə 156,1 milyon Amerika dolları təşkil edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar