SON XƏBƏRLƏR

Aleksey Overçuk: Azərbaycan Rusiya üçün Asiya və Afrika ölkələrinə, Körfəzə ən qısa yoldur

2025.10.15, 11:30
Aleksey Overçuk: Azərbaycan Rusiya üçün Asiya və Afrika ölkələrinə, Körfəzə ən qısa yoldur

Rusiya, Azərbaycan və İran yeni Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin və bu Dəhlizin Qərb marşrutunun formalaşdırılmasında maraqlıdır.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbərv erir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Bu layihə həqiqətən qlobal əhəmiyyət kəsb edir. Çünki biz bu gün dəyişən dünyada yaşayırıq, iqtisadi mərkəz Qərbdən Şərqə və Cənuba doğru yer dəyişir. Buna görə də, biz Rusiyada Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini rusiyalı ixracatçılar üçün sürətlə inkişaf edən Qlobal Cənubun bazarlarına çıxış imkanı olaraq nəzərdən keçiririk. Əlbəttə, biz bu ölkələrdən məhsul idxalında da maraqlıyıq." - Overçuk bildirib.

Aleksey Overçuk Bakıda keçirilən görüşlərdə mövcud problemlərin üç ölkə formatında həll edilməsi qərarına gəldiklərini açıqlayıb: “Bunun üçün mütəmadi görüşlər keçiriləcək, problemlər müəyyən ediləcək və onların həlləri tapılacaq. Buna görə də, biz hesab edirik ki, dünən və bu gün keçirilən üçtərəfli görüşlər nəticəsində gələcəkdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin effektiv beynəlxalq dəhlizə çevrilməsinə çalışmaq üçün mexanizmlər formalaşdırmağa nail olmuşuq. Yəni bu dəhlizdən daşıyıcılar daha çox istifadə etməyə çalışsınlar. Rusiya, Azərbaycan və İran bunda maraqlıdırlar. Buna görə də biz hesab edirik ki, bu görüş çox məhsuldar oldu”.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar