SON XƏBƏRLƏR

Səfir: Belarus Azərbaycanla iqtisadiyyatın əksər sahələrində əməkdaşlıq edir

2025.10.15, 11:39
Səfir: Belarus Azərbaycanla iqtisadiyyatın əksər sahələrində əməkdaşlıq edir

Belarus Azərbaycanla iqtisadiyyatın əksər sahələrində əməkdaşlıq edir.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Belarus Respublikasının Azərbaycandakı səfiri Dmitri Pineviç deyib.

“Demək olar iqtisadiyyatın elə bir sektoru yoxdur ki, biz orada əməkdaşlıq etməyək — sənaye, təhsil, biofarmasevtika və digər sahələrdə fərqli səviyyələrdə əməkdaşlıq aparırıq. Bu da bizi nikbin edir”, - səfir vurğulayıb.

Pineviç bu gün Bakıda keçirilən Azərbaycan-Belarus Biznes Forumunun əməkdaşlığın miqyasını genişləndirəcəyini qeyd edib: “Bir neçə iri infrastruktur layihəsi ola bilər, onlar ya başa çatar, ya da biznes baxımından səmərəsiz olar. Amma biz bu cür çoxsaylı görüşlər keçirməklə birgə fəaliyyət göstərən təsərrüfat subyektlərinin sayını artırırıq. Bu isə qarşılıqlı ticarət və xidmət axınında, həm də uzunmüddətli sabitlik baxımından çox vacibdir”.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar