SON XƏBƏRLƏR

“Politico”: Qəzzada sülhməramlı missiyada Azərbaycan da iştirak edə bilər

2025.10.16, 11:58
“Politico”: Qəzzada sülhməramlı missiyada Azərbaycan da iştirak edə bilər

Qəzza zolağında sülhməramlı missiyanın icrasında iştirak üçün əsas namizədlər İndoneziya, Azərbaycan və Pakistandır.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Amerikadan olan anonim hərbi rəsmi “Politico”ya bildirib.

Onun sözlərinə görə, Qəzzada vəziyyətin stabilləşməsində iştirak edəcək bu qüvvələrin formalaşdırılması haqqında danışıqlar gedir və hələlik heç bir ölkə qəti vəd verməyib. Lakin məsələ ilə ən çox maraqlananlar yuxarıda adıçəkilən ölkələrdir.

Mənbə deyib ki, Amerika Prezidenti Donald Trampın 20 maddəlik planına uyğun olaraq, Amerika bölgəyə müvəqqəti stabilləşdirici qüvvələr göndərəcək və bu qüvvələr Fələstində polislərə təlimlər keçəcək. Heç bir Amerika hərbi qüvvəsi Qəzzada olmayacaq.

Ağ Ev, İndoneziya, Azərbaycan və Pakistan səfirlikləri “Politoco”nun sorğusuna cavab verməyib.

Qeyd edək ki, Qəzzada atəşkəslə bağlı İsrail və HAMAS arasında razılaşma əldə olunub. Razılaşma çərçivəsində girov və məhbus mübadiləsi baş tutub.

Lakin İsrail HAMAS-ın bütün israilli girovların meyitlərini təhvil verməyəcəyi təqdirdə, atəşkəsin davamlı olmayacağı barədə xəbərdarlıq edib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar