SON XƏBƏRLƏR

Nazirə görə ərdəbilli baş direktor işdən çıxarıldı

2025.10.17, 11:39
Nazirə görə ərdəbilli baş direktor işdən çıxarıldı

Qəribə və nadir hadisədə Ərdəbil əyalətinin hava limanlarının baş direktoru Məhəmməd Qəssabi “təcili fərman”la vəzifəsindən azad edilib.

Gunaz.tv

Bunu İranın "Fars" xəbər agentliyi yazıb.

"Yol və şəhərsalma naziri Fərzanə Sadiq Azərbaycan Respublikasına son səfərindən qayıdanda Ərdəbil hava limanı vasitsilə Tehrana uçmaq istəyib. Hava limanının təhlükəsizlik məmuru qaydalara uyğun olaraq onun çantasını yoxlamaq istədikdə nazir əsəbiləşib və hava limanını tərk edib. Bir neçə saat sonra isə hava limanının baş dirrektoru Məhəmməd Qəssabinin işdən çıxarıldığı barədə əmr gəlib",- "Fars" xəbər agentliyi yazıb.

Qeyd edək ki, hazırda müvəqqəti olaraq Qəssabinin müavini Davud Rəzinəjad onu əvəz edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar