SON XƏBƏRLƏR

Təbrizli iş adamları Qarabağda quruculuq işlərində iştirak edə bilər

2025.10.17, 12:02
Təbrizli iş adamları Qarabağda quruculuq işlərində iştirak edə bilər

Təbrizli iş adamlarının Qarabağda quruculuq işlərinə iştirakı müzakirə olunur.

Gunaz.tv

Bunu III Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA3) Təbriz şəhərinin meri Yaqub Huşyar (Yaghoub Houshyar) jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təbrizli iş adamlarının Qarabağda həyata keçirilən bərpa və abadlıq işlərinə marağı yüksəkdir: "Bu sahədə artıq əlaqələndirmə var və gələcəkdə iştirakın daha da genişlənməsi mümkündür. Qarabağın abadlaşdırılması, təhsil və infrastruktur layihələrinə təbrizli iş adamlarının qoşulması təbiidir və dövlət səviyyəsində dəstəklənir".

Mer əlavə edib ki, bu əməkdaşlıq həm şəhərlərin, həm də xalqların yaxınlaşmasına xidmət edəcək.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar