SON XƏBƏRLƏR

İran polisi mülki vətəndaşı güllələdi

2025.10.22, 11:19
İran polisi mülki vətəndaşı güllələdi

Bu gün səhər saatlarında Sistan və Bəluçistan əyalətinin Quatur bölgəsində İran polisi mülki vətəndaşı güllələyərək öldürüb.

Gunaz.tv

Bu haqda Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, kimliyi açıqlanmayan yanacaq qaçaqmalçısına dayan əmrinə tabe olmadığı üçün atəş açılıb.

Qeyd edək ki, 2024-cü ildə hökumət qüvvələrinin açdığı atəş nəticəsində 122 bəluc həlak olub, 114 bəluç isə yaralanıb.

Öldürülənlər arasında 14 uşaq, 8 qadın, yaralananların arasında isə 8 uşaq və 7 qadının adı var.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar