SON XƏBƏRLƏR

Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri 9 ayda 5 milyard manatı ötüb

2025.10.22, 14:29
Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərcləri 9 ayda 5 milyard manatı ötüb

Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən müdafiə və milli təhlükəsizliyinə 5 milyard 211,9 milyon manat xərclənib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki,  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu da, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,6 % və ya 702 milyon manat çoxdur.

Hesabat dövründə müdafiə və milli təhlükəsizlik xərclərinin 62,1 %-i icra edilib.

Xatırladaq ki, 9 ayda dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 8 milyard 396,3 milyon manat ayrılıb.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar