SON XƏBƏRLƏR

İranda tələbələr etiraz aksiyası keçirdilər

2025.10.25, 17:43
İranda tələbələr etiraz aksiyası keçirdilər

Sistan və Bəluçistan əyalətinin İranşəhr şəhərinin Tibb Elmləri Universitetinin öyrənciləri etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu haqda Tələbə Hərəkatı fəlları məlumat yayıb.

Bildirilib ki, onlar son vaxtlar universitet yeməklərinin aşağı keyfiyyətinə etiraz ediblər. Etirazın bir hissəsi kimi onlar paylanan yeməkləri zibilə ataraq narazılıqlarını simvolik şəkildə ifadə ediblər.

Öyrəncilərin sözlərinə görə, yeməklərin keyfiyyəti aşağı və vaxtı keçmiş olduğu üçün ondan istifadə edən öyrəncilər dəfələrlə zəhərləniblər.

Qeyd edək ki, bundan əvvəl oxşar problemə görə Tehran universitetində də etiraz aksiyası keçirilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar