SON XƏBƏRLƏR

Si Cinpin: Çinlə Amerika dünyanın yaxşılığı üçün əməkdaşlıq etməlidir

2025.10.30, 11:58
Si Cinpin: Çinlə Amerika dünyanın yaxşılığı üçün əməkdaşlıq etməlidir

Çinlə Amerika birlikdə çalışmalı, həm iki ölkə, həm də bütün dünyanın yaxşılığı üçün əməkdaşlıq etməlidir.

Gunaz.tv

Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Amerika Prezidenti Donald Trampla görüşü zamanı deyib.

Onun sözlərinə görə, Tramp böyük həvəslə müxtəlif regional gərginlikləri həll edir və Çin də öz növbəsində müxtəlif münaqişələrin həlli üçün diplomatik səylər göstərir.

Çin lideri qeyd edib ki, ölkəsinin inkişafı Trampın MAGA (Make America Great Again) baxışı ilə üst-üstə düşür.

“Çinlə Amerika tərəfdaş və dost olmalıdır. Bu tarixin bizə öyrətdiyi məsələdir və bizə lazım olan da elə budur”, - Si Cinpin vurğulayıb.

Si Cinpin Amerika və Çin iqtisadi komandalarını iki ölkə arasındakı problemlərin sayını azaltmağa çağırıb. O, ardı-arası kəsilməyən iqtisadi cavab tədbirlərindənsə, güclü əməkdaşlığın uzunmüddətli faydalar gətirəcəyini bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar