SON XƏBƏRLƏR

Amerika iranlı idmançının daimi yaşayış icazəsini ləğv edib

2025.11.04, 12:43
Amerika iranlı idmançının daimi yaşayış icazəsini ləğv edib

Amerika İran Güləş Federasiyasının rəhbəri Əlirza Dəbirin daimi yaşayış icazəsini ləğv edib.

Gunaz.tv

Bu haqda "İraninternathional" məlumat yayıb.

Açıqlama verən Dəbir, məsələni təsdiq edərək daimi oturum icazəsi (Green cart)ı özünün geri verdiyini idia edib.

İran Güləş Federasiyasının rəhbəri bundan əvvəl Amerikaya qarşı müshibə verib və əməldə bu ölkəyə qarşı çıxmağa çağırıb:

"Biz həmişə Amerikaya ölüm şüarları səsləndiririk, ancaq vacib olan hərəkətdir. Bəzi insanlar sadəcə danışırlar. Biz bunu əməldə göstərməliyik".

Qeyd edək ki, bundan əvvəl xaricdə yaşayan iranlı siyasi qaçqınlar və repressiya qurbanlarının ailələri Əlirza Dəbirin beynəlxalq yarışlara buraxılmasına qadağa qoyulmasını tələb ediblər.

Onların fikrincə Dəbir və İran komandalarına başçılıq edən başqa şəxslər, bəzi idmançılar SEPAH və Təhlükəsizlik Nazirliyinə bağlıdırlar və Tehran rejiminin siyasi-ideolojik təbliğatçıları qismində çıxış edirlər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar