SON XƏBƏRLƏR

Rubio 2026-cı ildə Mərkəzi Asiyanın bütün ölkələrinə səfər etməyi planlaşdırır

2025.11.06, 11:32
Rubio 2026-cı ildə Mərkəzi Asiyanın bütün ölkələrinə səfər etməyi planlaşdırır

Amerika dövlət katibi Marko Rubio gələn il Mərkəzi Asiyanın beş ölkəsini - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistana səfər etməyi planlaşdırır.

Gunaz.tv

O, bu barədə Dövlət Departamentində Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri üçün keçirilən qəbulda məlumat verib.

M.Rubionun sözlərinə görə, beş ölkəyə səfər bir həftə və ya daha çox davam edəcək: "Bu, yəqin ki, birhəftəlik səfər olacaq. Beləliklə, biz bunun üzərində işləməli və birlikdə həyata keçirməliyik".

Dövlət katibi qeyd edib ki, Amerika biznesi Mərkəzi Asiya bazarlarında mövcudluğunu genişləndirməkdə maraqlıdır.

M.Rubio son on ildə Amerikanın bu regiona lazımi qədər diqqət ayırmadığını vurğulayıb və Prezident Donald Tramp administrasiyasının həm ikitərəfli, həm də regional əsasda sıx əməkdaşlığa kökləndiyini təsdiqləyib.

Qeyd edək ki, Amerika Prezidenti Donald Tramp bu gün "C5+1" sammiti çərçivəsində Vaşinqtonda Mərkəzi Asiya ölkələrinin liderləri ilə görüşməyi planlaşdırır.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar