SON XƏBƏRLƏR

Pakistanın Aİ-dəki səfiri: Zəfər Gününü Azərbaycanla birlikdə qeyd edirik

2025.11.06, 13:50
Pakistanın Aİ-dəki səfiri: Zəfər Gününü Azərbaycanla birlikdə qeyd edirik

Azərbaycanda 8 Noyabr - Zəfər Günü cəsarət, fədakarlıq və birlik bayramıdır.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə Pakistanın Avropa İttifaqı (Aİ), Belçika və Lüksemburqdakı səfiri Rəhim Həyat Qureyşi bildirib.

Onun sözlərinə görə, bu da Azərbaycan xalqının öz Vətəninin suverenliyini və ərazi bütövlüyünü necə bərpa etdiyini xatırladır.

"İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan tarixində dözümlülük, ədalət və milli qürur rəmzi olaraq parlaq bir fəsil kimi əbədi qalacaq", - səfir bəyan edib.

R.Qureyşi, həmçinin bir faktı da vurğulayıb ki, bu il Azərbaycan Zəfər Gününü Cənubi Qafqaz regionunda dayanıqlı sülhün qurulması istiqamətində ümidverici addımlar fonunda qeyd edir: "Biz bütün region üçün sabitlik, tərəqqi və rifah dolu gələcəyə dair ümidlərinizi bölüşürük".

Diplomatın sözlərinə görə, iki xalq arasındakı dostluq qarşılıqlı hörmətə, ortaq dəyərlərə əsaslanır və hər il daha da möhkəmlənir: "Bu xüsusi gündə biz Azərbaycan xalqının zəfəri, birliyi və parlaq gələcəyi qeyd etməsinə qoşuluruq. Zəfər Günün mübarək, Azərbaycan!".

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar