SON XƏBƏRLƏR

Rəsmi Bakı Amerikanın 907-ci düzəlişin tam ləğv edilməsi üçün əməli addımlar atacağına ümid edir

2025.11.07, 15:07
Rəsmi Bakı Amerikanın 907-ci düzəlişin tam ləğv edilməsi üçün əməli addımlar atacağına ümid edir

“Amerikaya səfərin tarixi və simvolik əhəmiyyətli digər bir məqamı ABŞ Prezidenti tərəfindən “Azadlığa dəstək qanununa” 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncamın məhz cənab Prezident İlham Əliyevin iştirakı ilə imzalanmasıdır”.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

“Hər kəsə yaxşı məlumdur ki, 1992-ci ildə qəbul olunmuş bu düzəliş Azərbaycana Amerika dövlət yardımının göstərilməsini qadağan etmiş, ölkəmizə qarşı açıq ayrı-seçkilik xarakteri daşıyan ədalətsiz bir addım olub. Bu düzəliş ikitərəfli əlaqələrimizdə çətinlik yaradan bir faktordur.

Amerika Prezidenti tərəfindən atılan bu addım Azərbaycan-Amerika tərəfdaşlığının real mahiyyətini əks etdirir, iki ölkə arasında qarşılıqlı etimadı və strateji əməkdaşlığı daha da möhkəmləndirir. Bu addım Amerika ilə yeni əməkdaşlıq dövrünün başlanmasının göstəricisidir. Ümidvarıq ki, Azərbaycanla-Amerika arasında münasibətlərin inkişaf perspektivləri, ölkəmizin geniş regionda artan rolu nəzərə alınaraq, Amerika tərəfi bu düzəlişin tamamilə ləğv edilməsi istiqamətində əməli addımlar atacaq”, - Ayxan Hacızadə qeyd edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar