SON XƏBƏRLƏR

Paytaxt köçürülməyəcək- Körfəzdən Tehrana su çəkilir

2025.11.11, 16:29
Paytaxt köçürülməyəcək- Körfəzdən Tehrana su çəkilir

Körfəzdən Tehrana suyun ötürülməsi üçün min kilometr uzunluğunda nəhəng layihə yerli mütəxəssislər tərəfindən tamamlanıb və hazırda Tehran üçün yeganə etibarlı su təchizatı mənbəyidir.

Gunaz.tv

Bunu Məsud Pezeşkianın dənizçilik sahəsində ümumi inkişaf siyasətlərinin həyata keçirilməsinin əlaqələndirilməsi üzrə nümayədəsi Əli Əbdüləlizadə deyib.

O, paytaxtın köçürülməsi məsələsinin gündəmdən çıxarıldığını bildirib:

"Paytaxtın köçürülməsi gündəmdən çıxarılıb və qəti qərar paytaxtın su və ətraf mühit problemlərini müasir texnologiyalar və resursların elmi idarə olunması yolu ilə Tehranda həll etməkdir".

Qeyd edək ki, bir neçə gün əvvəl Məsud Pezeşkian su çatışmazlığı böhranı səbəbindən paytaxtın köçürülməsi ehtimalı barədə bəyanat vermişdi.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar