SON XƏBƏRLƏR

Con Herbst: Azərbaycan Amerika Prezidentinin diqqətindədir

2025.11.18, 12:09
Con Herbst: Azərbaycan Amerika Prezidentinin diqqətindədir

Azərbaycan Amerika Prezidentinin diqqətindədir və bu sizin üçün yaxşı olduğu kimi, bizim üçün də yaxşıdır.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bunu Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya Şöbəsinin Baş direktoru Con E. Herbst jurnalistlərə açıqlamasında deyib.

“Əgər Amerika Tramp dəhlizinə cavabdeh olarsa, onun fəaliyyətinə nəzarət edərsə, o zaman ekstraterritoriallıqla bağlı çətin məsələlər kənara qoyulur. Məncə, bu, Cənubi Qafqazda sülhə böyük bir töhfədir. Dəhliz Azərbaycan, Ermənistan, Türkiyə və hətta Mərkəzi Asiya üçün ticarət və investisiyanın hərəkətverici qüvvəsi kimi nəzərdə tutulub — Mərkəzi Asiyadan Avropa bazarlarına məhsulların daşınmasını nəzərdə tutan Orta Dəhlizin bir hissəsi kimi. Mənim fikrimcə, bu, Tramp komandasının təkcə Azərbaycanla yox, həm də Ermənistan və Türkiyə ilə münasibətlərə verdiyi ən mühüm töhfədir”, - o qeyd edib.

Ekspertin sözlərinə görə, bununla bərabər, başqa istiqamətlər də var: “Bildiyiniz kimi, Amerika burada Azərbaycanın neft hasilatının inkişafında çox fəal olub. Amerika Azərbaycan neftinin dünya bazarlarına Rusiyanın təsirinə məruz qalmadan çıxarıla bilməyi üçün çoxsaylı boru kəmərləri siyasətinin əsas təşəbbüskarı olub. Bu isə Azərbaycanın rifahı üçün son dərəcə vacibdir və artıq 30 ildən çoxdur elədir və bu, davam edəcək.
Heç şübhə yoxdur ki, Azərbaycan Amerika Prezidentinin diqqətindədir və bu, sizin üçün çox yaxşı olduğu kimi, bizim – Amerika üçün də çox yaxşıdır. Vaşinqtonda yüksək səviyyəli rəhbərliyin Cənubi Qafqaza, Azərbaycana, Mərkəzi Asiyaya müsbət və keyfiyyətli diqqət göstərməsi sevindiricidir”.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar