SON XƏBƏRLƏR

İrana qarşı "Gecəyarısı çəkic" əməliyyatının detallları açıqlandı

2025.11.26, 11:49
İrana qarşı "Gecəyarısı çəkic" əməliyyatının detallları açıqlandı

F-35 gizli qırıcıları "Gecəyarısı Çəkic" əməliyyatı zamanı İran hava məkanına yüzlərlə kilometr daxil olub, hava müdafiəsini məhv edib və İran səmasını tərk edən sonuncu təyyarələr olublar.

Gunaz.tv

Bu, Amerika Hərbi Hava Qüvvələrinin Amerikanın İranın nüvə obyektlərinə hücumunda F-35 qırıcı təyyarələrinin rolu ilə bağlı yaydığı yeni mlumatda bildirilib.

Amerika 34-cü eskadrilyasının komandiri Aaron Osborn
bildirib ki, əməliyyatda F-35 təyyarələri yeddi B-2 bombardmançı təyyarəsinə İranın nüvə obyektlərinə 14 ədəd 13,6 tonluq bunker partladıcı bomba atarkən müşayiət edib.

O, həmçinin əməliyyat zamanı İranın bir neçə yer-hava raket qurğusuna qarşı yüksək effektiv silahlardan da istifadə etdiklərini söyləyib.

Amerika Hərbi Hava Qüvvələrinin bildirdiyinə görə, "Gecəyarısı Çəkic" əməliyyatı zamanı İran hava hücumundan müdafiə sistemləri tərəfindən Amerika təyyarələrinə atəş açılmayıb.

Amerika komandiri əməliyyatı F-35 pilotlarının və qırıcı təyyarənin özünün imkanlarının sübutu kimi təsvir edərək, hər ikisinin təsəvvür olunandan daha güclü göründüyünü bildirib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar