SON XƏBƏRLƏR

Qaşqay hüquq müdafiəçisi BMT toplantısında iştirak edib

2025.11.28, 12:53
Qaşqay hüquq müdafiəçisi BMT toplantısında iştirak edib

Qaşqay Azadlıq Yolu Partiyasının Baş katibi Ruhullah Muradi qaşqayi BMT İnsan Haqları Şurasının Jenevrədə keçirilən toplantısında iştirak edib.

Gunaz.tv

Bu haqda qaşqayi türklərinin media orqanları məlumat yayıb.

"İclas noyabrın 27-də İranda yaşayan xalqların vəziyyətini araşdırmaq üçün keçirilib və qaşqaylardan tutmuş azərbaycanlılara, türkmənlərə və ərəblərə qədər hüquqları pozulan xalqların problemləri gündəmə gətirilib",- Muradi bildirib.

O, qaşqay İnsan Haqları Təşkilatının bu il də iclasda təmsil olunduğunu və qaşqay xalqının vəziyyəti ilə bağlı rəsmi hesabatını təqdim etdiyini söyləib. Muradinin sözlərinə görə, müxtəlif ölkələrdən nümayəndələrin və BMT rəsmilərinin iştirakı iclasın əhəmiyyətini çox ciddi və təsirli etdiyi üçün, insan haqlarının pozulmasına görə İrana beynəlxalq təzyiqi artıra bilər.

Muradi vurğulaıb ki, bu hesabatların təqdim edilməsində məqsəd qaşqay türk xalqı üçün daha parlaq bir gələcək üçün zəmin yaratmaq və onların səsini birbaşa beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar