SON XƏBƏRLƏR

SOCAR Şam Hava Limanını yanacaqla təchiz edəcək

2025.12.05, 13:30
SOCAR Şam Hava Limanını yanacaqla təchiz edəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "UCC Holding" arasında Şam Hava Limanına yanacaq təchizatı üzrə Anlaşma Memorandumu imzalanıb.

Gunaz.tv

Bu barədə Günaz TV "Report"a istinadən xəbər verir.

Məlumata görə, şirkətlər aeroportu yanacaqla təchiz edəcək və zəruri infrastrukturu təmin edəcək birgə müəssisənin yaratmağı nəzərdə tutur. Birgə müəssisədə SOCAR-ın rolu yanacaq təchizatı əməliyyatlarına texniki dəstək göstərmək və aviasiya yanacağının təchizatını təmin etmək olacaq.

Bu il sentyabrın 6-da SOCAR və "UCC Holding" Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumları imzalayıb.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar