SON XƏBƏRLƏR

Maduro devrilə bilər, pulumuzu geri alın- Fəlahətpişə

2025.12.17, 17:03
Maduro devrilə bilər, pulumuzu geri alın- Fəlahətpişə

Bəşar Əsəd təcrübəsi göstərir ki, Nikolas Maduronun da devrilmək ehtimalı var və buna görə də vaxt itirmədən İran Venesueladan 2 milyard dollardan çox borcunu tələb etməlidir.

Gunaz.tv

Bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının keçmiş rəhbəri Heşmətullah Fəlahətpişə özünün X səhifəsində yazıb.

O, İran rəsmilərinin Suriya təcrübəsindən nəticə çıxarmağa çağırıb:

"Suriya təcrübəsinə əsaslanaraq deyirəm ki, İranın Maduro Venesuelasında olan iki milyard dollardan çox pulunu qaytarmaq üçün hüquqi öhdəliyi indidən aydınlaşdırın.”

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar