SON XƏBƏRLƏR

ABŞ-ın Delta Qüvvələri İran sərhəddində - İddia

2026.01.07, 15:13
ABŞ-ın Delta Qüvvələri İran sərhəddində - İddia

Venesuela lideri Nikolas Maduronun həbsi üçün əməliyyat keçirən ABŞ-ın Delta Qüvvələrinin xüsusi təyinatlıları İraqın şimalında İranla sərhəddə yaxın "Əl-Hərir" hərbi bazasına yerləşdirilib və bu tezliklə böyük bir hadisənin baş verə biləcəyinə işarədir.

Gunaz.tv

Bunu iraqlı siyasi və hərbi analitik Kazım Zubeydi deyib.

Zubeydinin sözlərinə görə, İraqda İrana bağlı silahlı qrupların qruplaşmalarının təhlükəli hərəkətləri yeni qarşıdurmanı qaçılmaz edir.

ABŞ-ın Delta Qüvvələrinin İraqın şərqində İrana yaxın əraziyə köçürülməsi barədə məlumat, Donald Trampın Tehran hökumətinə etirazçıların repressiyası və öldürülməsi davam edərsə, ABŞ-ın müdaxilə edəcəyi barədə xəbərdarlıq etdiyi bir vaxta təsadüf edir.

Qeyd edək ki, bundan əvvəl bəzi mənbələr İrana qarşı mümkün əməliyyatlar üçün ABŞ qırıcı və bombardımançı təyyarələrinin və qüvvələrinin Avropaya köçürüldüyünü bildiriblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar