SON XƏBƏRLƏR

İrandan Polşaya gedən yük maşınında 39 kq heroin aşkar edilib

2026.01.19, 13:50
İrandan Polşaya gedən yük maşınında 39 kq heroin aşkar edilib

Naxçıvan Gömrük İdarəsinin əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində külli miqdarda narkotik maddə aşkar edilərək dövriyyədən çıxarılıb.

Gunaz.tv

Culfa gömrük məntəqəsində ölkəmizdən tranzit keçən və İrandan Polşaya "plastik örtüklü panellər" daşıyan nəqliyyat vasitəsi gömrük yoxlamasından keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin plastik örtüklü panellərinin içinə, ümumi xalis çəkisi 39 kq 315,246 qram olan, külli miqdarda narkotik maddə aşkarlanıb.

Məsələ üzrə araşdırma davam etdirilir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar