SON XƏBƏRLƏR

Lindsi Qraham: Xamenei ilə razılaşmaq mümkün deyil; necə ki, Hitlerlə razılaşmaq mümkün deyildi

2026.01.22, 11:42
Lindsi Qraham: Xamenei ilə razılaşmaq mümkün deyil; necə ki, Hitlerlə razılaşmaq mümkün deyildi

Respublikaçı senator və İran İslam Respublikası rejiminin qatı əleyhdarı Lindsi Qraham bildirib ki, Hitlerlə razılaşmaq mümkün olmadığı kimi, Əli Xamenei ilə də razılaşmaq mümkün deyil.

Gunaz.tv

O bu barədə sosial media hesabında yazıb.

"İran məsələsində iştirak edən bəzi insanların Ayətullahın öz yolunu dəyişməyə hazır olduğu təqdirdə, bəlkə də bu rejimlə razılaşma əldə edilə biləcəyini bildirməsindən narahatam. Ayətullahın davranışını dəyişdirməkdə az da olsa maraqlı olduğuna inanan hər kəs Ayətullahın və bu qatil rejimi başa düşməyiblər. Bu düşüncə, Hitlerlə razılaşma əldə edilə biləcəyini düşünən birinin düşüncəsinə bənzəyir. O zaman Hitler haqqında yanılırdılar və bu gün də Ayətullah haqqında yanılırlar. Hitler üstün Arilər tərəfindən idarə edilən super irq istəyirdi. Ayətullah isə dini Nasistdir, o, özünün idarə edə biləcəyi dünyaya hakim din istəyir. Şərlə sövdələşmək olmaz; onunla üzləşmək lazımdır." - deyə o bildirib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar