SON XƏBƏRLƏR

Qazaxıstan və İsrail vizasız rejim haqqında sənəd imzalayıb

2026.01.27, 13:26
Qazaxıstan və İsrail vizasız rejim haqqında sənəd imzalayıb

Qazaxıstan və İsrail vizasız rejim haqqında memorandum imzalayıb.

Gunaz.tv

Astanada keçirilən rəsmi danışıqların nəticələrinə əsasən Qazaxıstan xarici işlər naziri Yermek Koşerbayev israilli həmkarı Gideon Saarla bir sıra ikitərəfli sənədlər imzalayıb.

Danışıqlar zamanı ticari-iqtisadi, investisiya, innovasiya və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Yermek Koşerbayev qeyd edib ki, İsrail xarici işlər nazirinin səfəri ölkələrin ikitərəfli münasibətləri möhkəmləndirmək üçün qarşılıqlı istəyindən xəbər verir.

Qeyd edək ki, Gideon Saar Qazaxıstandan əvvəl Azərbaycanda səfərdə olub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar