SON XƏBƏRLƏR

Yaxın Şərqdə ABŞ-ın hava hərəkətliliyi: Patriot sistemlərinin Bəhreynə ötürülməsi fonunda hərbi uçuşların artması

2026.02.03, 10:25
Yaxın Şərqdə ABŞ-ın hava hərəkətliliyi: Patriot sistemlərinin Bəhreynə ötürülməsi fonunda hərbi uçuşların artması

Gunaz.tv

Son saatlarda ABŞ Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdə həyata keçirdiyi nəqliyyat uçuşlarının intensivləşdiyi bildirilir. Uçuşların izlənilməsi ilə bağlı yayımlanan məlumatlara görə, ABŞ və Şərqi Asiyadakı bazalardan bir neçə C-17 tipli hərbi nəqliyyat təyyarəsi Avropa və Yaxın Şərq istiqamətində hərəkət edib.

Bu çərçivədə bir C-17 təyyarəsinin ilk dəfə Bəhreyndəki İsa Hərbi Hava Bazasına eniş etdiyi qeyd olunur. Yerli mənbələr bu uçuşun ABŞ-a məxsus Patriot (MIM-104) hava hücumundan müdafiə sistemlərinin ilk partiyasını daşıya biləcəyini bildirirlər.

Patriot sistemi qısa mənzilli ballistik raketlərin, qanadlı raketlərin və hərbi təyyarələrin ələ keçirilməsi üçün nəzərdə tutulmuş yer-hava müdafiə vasitəsi kimi tanınır. Onun Bəhreynə yerləşdirilməsi bölgədə müdafiə hazırlığının yüksəldilməsi kimi qiymətləndirilir.

Eyni zamanda, Floridadakı Patrik Kosmik Qüvvələr Bazasından Almaniya və İordaniyadakı hərbi bazalara yönələn əlavə uçuşların qeydə alındığı, Qətərin Əl-Udeyd bazasında yerləşdirilən KC-135 yanacaq doldurma təyyarələrinin sayının isə azı 22-yə çatdığı bildirilir.

Müşahidəçilər bu hərəkətliliyi ABŞ-ın bölgədə hərbi hazırlıq səviyyəsini artırması kontekstində dəyərləndirirlər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar