SON XƏBƏRLƏR

Davit İşxanyan və David Babayan da ömürlük azadlıqdan məhrum edilib

2026.02.05, 13:19
Davit İşxanyan və David Babayan da ömürlük azadlıqdan məhrum edilib

Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.

Gunaz.tv

Hökmə əsasən təqsirləndirilən şəxslər David Babayan və Davit İşxanyan qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif etmişdi.

Qeyd edək ki, Davit İşxanyan Erməni İnqilabi Federasiyasının üzvü, 2023-cü ilin avqustundan separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının Milli Assambleyasının prezidentiolub. O, 2023-cü ilin sentyabrında qısa müddətə Qondarma Dağlıq Qarabağ Respublikası Prezidentinin səlahiyyətlərini icra edib.

David Babayan isə Qondarma Dağlıq Qarabağ Respublikasının Xarici işlər naziri, prezidentin müşaviri olub.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar