SON XƏBƏRLƏR

Azərbaycan Ordusunda hərbi andiçmə mərasimləri keçirildi (Foto və Video)

2026.02.15, 22:18
Azərbaycan Ordusunda hərbi andiçmə mərasimləri keçirildi (Foto və Video)

Gunaz.tv

Azərbaycan Ordusunun müxtəlif hərbi hissələrində gənc əsgərlərin hərbi andiçmə mərasimləri təşkil olunub. Mərasimlər 2026-cı il üçün təsdiqlənmiş hazırlıq planına uyğun olaraq, müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi proqram çərçivəsində keçirilib.

Andiçmə mərasimi döyüş bayraqlarının hərbi orkestrin müşayiəti ilə meydana gətirilməsi ilə başlayıb. Tədbirin əvvəlində şəhidlərin və Vətən uğrunda canından keçənlərin xatirəsi ehtiramla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Gənc əsgərlər hərbi and içərək Vətənə sədaqət andı veriblər. Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək əsgərləri bu əlamətdar gün münasibətilə təbrik edib, Vətənə, dövlətə və Ali Baş Komandana sadiq qalmağı, döyüş hazırlığını daim artırmağı və verilən tapşırıqları dəqiq yerinə yetirməyi tövsiyə ediblər.

Mərasim hərbi qulluqçuların təntənəli marşı ilə başa çatıb.

.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar