SON XƏBƏRLƏR

Skoçiç "Traktor"dan ayrıldı

2026.02.17, 13:39
Skoçiç "Traktor"dan ayrıldı

Təbrizin "Traktor" futbol komandasının xrovatiyalı baş mşqçisi Draqan Skoçiç bu gün müqaviləsini ləğv edib və rəsmi olaraq komandaya baş məşqçiliyinə son verib.

Gunaz.tv

Bu barədə "Traktor" Klubunun yaydığı məlumatda deyilib.

"Klub rəhbərliyinin onun komandadan ayrılması ilə müxalifətinə, çoxsaylı müzakirələrə və menecerlərin əməkdaşlığı davam etdirməkdə israr etməsinə baxmayaraq, DSkoçiç qərarında israr etdi və nəhayət, bu səhər - 17 fevral - rəsmi olaraq klubdan ayrıldı",- məlumatda bildirilib.

Qeyd edək ki, 9 iyul 2024-cü ildə "Traktor"un baş məşqçisi kimi fəaliyyətə başlayıb.

Draqan Skoçiçin rəhbərliyi dövründə Təbriz təmsilçisi çoxsaylı uğurlara imza atıb və 2025-ci il İran Liqa Yarışlarının çempionu olub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar