SON XƏBƏRLƏR

İran hərbçiləri etnik bəluçu güllələdi

2026.02.21, 15:46
İran hərbçiləri etnik bəluçu güllələdi

İran hərbçiləri Simnan əyalətində pərakəndə yanacaq alveri ilə məşğul olan etnik bəluçu öldürüb.

Gunaz.tv

Bu barədə Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

Məlumata görə, hərbçilər 23 yaşlı Səid Budinənin idarə etdiyi avtomobilə atəş açıblar:

"Aşan avtomobildə partlayış və yanğın baş verməsi səbəbindən Budinə yerindəcə həyatını itirib".

Qeyd edək ki, 2025-ci ildə 193 etnik bəluc hökumət qüvələrinin atəşi nəticəsində həlak olub, 100 nəfər isə yaralanıb.

GünazTV 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar