SON XƏBƏRLƏR

Nasizmin Hitlerin şüarı yenidən təkrarlanır? (VİDEO)

2026.02.21, 22:25
Nasizmin Hitlerin şüarı yenidən təkrarlanır? (VİDEO)

Nasist şüarının Pəhləvi tərəfdarları tərəfindən səsləndirilməsi təsadüfi ola bilməz!

Gunaz.tv

Londonda yerləşən Pəhləvi tərəfdarı televiziya kanalları faşist məzmunlu “Bir vətən, bir bayraq, bir lider” şüarını – nasist Almaniyasının “Ein Volk, ein Reich, ein Führer” şüarını xatırladan ifadəni – canlı yayımda birbaşa efirə veriblər.

Hazırda sosial şəbəkələrdə yayılan və biri Hitlerin hakimiyyəti dövründə nasistlərin rəsmi şüarını, digəri isə Pəhləvi tərəfdarlarının toplantısını əks etdirən iki videonun ard-arda paylaşılması monarxiyaçı axına qarşı yeni tənqid dalğası yaradıb.

Videonun birinci hissəsində, monarxiya tərəfdarlarının toplantısında nasist şüarının strukturu və ritmi ilə səsləşən ifadə səsləndirilir:
İrəc Məsdaqı Brüsseldə (25 yanvar 2026): “Bir vətən, bir bayraq, bir lider – Şahzadə Rza Pəhləvi”

Videonun ikinci hissəsində isə Almaniyada nasizm dövrünün məşhur şüarı eşidilir: “Bir millət, bir ölkə, bir lider”

Bu oxşarlıq sosial mediada geniş reaksiyalara səbəb olub. 
İranda siyasi sistemin mərkəzçi mahiyyəti və qeyri-fars millətlərin, o cümlədən Güney Azərbaycanın tələbləri artıq siyasi gündəmin əsas mövzularından birinə çevrilib.

 

GünAzTV

R,G

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar