SON XƏBƏRLƏR

İran ABŞ ilə mümkün müvəqqəti razılaşma barədə iddiaları təsdiqləmir

2026.02.23, 12:34
İran ABŞ ilə mümkün müvəqqəti razılaşma barədə iddiaları təsdiqləmir

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, ABŞ ilə mümkün müvəqqəti razılaşma barədə yayılan məlumatlar doğru deyil.

Gunaz.tv

Nazirlik sözçüsü İsmayıl Bəqai cümə axşamı günü keçirilməsi planlaşdırılan danışıqlar öncəsi bu barədə açıqlama verib.

“Biz heç bir iddianı təsdiqləmirik”, – deyə Bəqai dövlət mediasına bildirib.

O həmçinin qeyd edib ki, İran hər hansı təslimiyyət anlayışını qəbul etməyəcək. “Bizim təslimiyyətlə heç bir əlaqəmiz yoxdur və bu, beynəlxalq hüquqa da ziddir”, – deyən Bəqai Tehranın diplomatik yolu davam etdirməkdə qərarlı olduğunu əlavə edib.

Bəqai Beynəlxalq Atom Enerjisi Agentliyinin zədələnmiş nüvə obyektlərinə səfərinin Vaşinqtonla danışıqlar üçün ilkin şərt kimi irəli sürülməsi barədə məlumatları da təkzib edib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar