SON XƏBƏRLƏR

Tehran şəhər şurası: ABŞ və İsrailin şəhər kameralarına girişi “ehtimaldan uzaqdır”

2026.02.24, 13:57
Tehran şəhər şurası: ABŞ və İsrailin şəhər kameralarına girişi “ehtimaldan uzaqdır”

Tehran şəhər şurasının sədri bildirib ki, ABŞ və İsrailin dövlət televiziyası vasitəsilə yayımlanan görüntülər istisna olmaqla, Tehranın yol hərəkəti və müşahidə kameralarına çıxış əldə etməsi ehtimalı azdır.

Gunaz.tv

Mehdi Çamran deyib ki, kameralar istifadəyə verilməzdən əvvəl sınaqdan keçirilir və hətta bələdiyyə binalarında quraşdırılan kameralar da məlumatların kənara ötürülməməsi üçün yoxlanılır.

“Görüntülərin böyük hissəsi televiziya vasitəsilə yayımlandıqda, təbii ki, onların da bu görüntülərə baxması mümkündür,” – deyə o bildirib və əlavə edib ki, görüntülərin hara ötürüldüyü aydındır və bu proses nəzarət altındadır.

Qeyd edək ki, bir müddət öncə İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Mahmud Nəbəvian İranda bütün şəhər kameraları, o cümlədən qovşaqlardakı kameraların İsrailin nəzarəti altında olduğunu demişdi.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar